Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya, İtaliya, Yunanıstan və ABŞ-nin Kiyevdəki səfirlikləri müvəqqəti olaraq bağlanıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, sözügedən ölkələrin öz diplomatik nümayəndəliklərini bağlamasına səbəb Ukrayna paytaxtında hava hücumu ilə bağlı təhdidlərin yüksək olması göstərilib.
Səfirliklər Ukraynada olan vətəndaşlarını təhlükəsiz bölgələrdə qalmağa, eləcə də yerli rəhbərliyin tövsiyələrinə əməl etməyə çağırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.