Kiyevdən 9 May anonsu: Moskva vurulacaq FOTO

04.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak 9 Mayda Moskvaya mümkün zərbə ilə bağlı eyham vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Yermak daha əvvəl Teleqram kanalında yanan Kreml şəkli paylaşaraq üzərinə “bu günə bacardığımız qədər yaxınlaşdıq” sözlərini yazıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyevin Moskvada Qələbə paradına gələcək xarici liderlərin təhlükəsizliyinə zəmanət verməyəcəyini qeyd etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamanı birbaşa təhdid kimi qiymətləndirmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью