Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
İyunun 2-nə keçən gecədən başlayaraq Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində şəhərin bir sıra yaşayış binaları dağılıb.
Bizim.Media xəbər verir ki, Kiyevin Podol, Şevçenko, Obolon və Darnitsa rayonlarında mülki infrastrukturlara ciddi ziyan dəyib.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasında görə, hava zərbələri nəticəsində azı 4 mülki şəxs həlak olub, 60-a yaxın şəxs xəsarət alıb. Xəsarət alanların 40-ı xəstəxanaya yerləşdirilib, onlardan 2-si uşaqdır.
Hava zərbəsi nəticəsində Podol rayonu ərazisində dağılan yaşayış binası ərazisindən fotoreportajı təqdim edirik: (Azərtac)
Bizim.Media