Kiyevdən Moskvaya atəşkəslə bağlı sənəd təqdim olundu

28.05.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Kiyev atəşkəslə bağlı öz mövqeyini əks etdirən sənədi Rusiya tərəfinə təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri və eyni zamanda danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.

“Rusiya nümayəndə heyətinin rəhbərinə Ukraynanın mövqeyini əks etdirən sənədi təqdim etdim. Onlar bu sənədi alıblar”, – deyə Umerov öz feysbuk hesabında yazıb.

Nazirin sözlərinə görə, sənəd Ukraynanın atəşkəs məsələsindəki rəsmi mövqeyini əhatə edir.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью