Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya kansleri Olaf Şolz xarici işlər və müdafiə nazirləri -Annalena Baerbok və Boris Pistorius tərəfindən Kiyevə əlavə 3 milyard avroluq hərbi yardım paketinin ayrılmasına mane olur.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istərdilər.
Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, “Patriot” üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar.
Əlavə xərclər kimi Bundestaqın büdcə komitəsi vasitəsilə 3 milyard avronun keçirilməsi planlaşdırılıb.
Almaniya hökuməti əvvəllər bu boşluqdan Kiyevə yardım göstərmək üçün istifadə edib.
Bununla belə, federal kansler qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib.