Kiyevə ballistik raketlə zərbə endirildi Video

12.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Noyabrın 12-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raket atılıb. Nəticəsə bir neçə partlayış olub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, ilkin olaraq raketlərin şəhərin sol sahilinə düşdüyü bildirilir. Daha sonra paytaxtın sağ sahilində də partlayış səsləri eşidilib.
Məlumata əsasən, son yarım saat ərzində Kiyevə təxminən 8 raket zərbəsi endirilib. Yerli mənbələr əvvəlki zərbələrdən birinin Obolon rayonundakı “Epitsentr” ticarət mərkəzinə dəydiyini bildiriblər.
Agentliyin yaydığı məlumata görə, Obolon rayonu üzərində güclü alov və tüstü müşahidə olunub, əraziyə üç raketin düşdüyü deyilir.
Hücumla bağlı rəsmi qurumların açıqlaması hələ yayılmayıb. Noyabrın 12-si səhər saatlarında isə ballistik raket təhlükəsinin başa çatdığı elan edilib.
Hücumun nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat verilməyib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью