Kiyevə ballistik raketlərlə hücum edilib

19.10.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hava hücumu zamanı bir nəfər həlak olub: səkkiz nəfər xəsarət alıb

Rusiya ordusu oktyabrın 19-a keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə və Kiyev vilayətinə ballistik raketlərlə hücum edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib. Bundan sonra hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hava hücumu zamanı bir nəfər həlak olub, səkkiz nəfər isə xəsarət alıb. Raket zərbələri nəticəsində Kiyevin Desnyanski rayonunda qeyri-yaşayış binası yanıb, avtomobillərə və metro stansiyasına ziyan dəyib. Yanğın yerində bir nəfər ölü tapılıb.

Solomenski rayonunda tibb müəssisəsində yanğın baş verib, çoxmərtəbəli binada dağıntılar qeydə alınıb. Hava hücumu zamanı Dneprovski rayonunda təhsil müəssisəsinə də ziyan dəyib.

Kiyev meri Vitali Kliçkonun açıqlamasına görə isə hava zərbələri nəticəsində “Çerniqov” və “Lesnaya” metro stansiyalarına ziyan dəyib. Bu metrolara hərəkət müvəqqəti olaraq dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью