Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Ukraynanın yeni liderə ehtiyacı olduğu barədə açıqlamaları Volodimir Zelenskinin yaxın ətrafı üçün sürpriz olub və narahatlıqları artırıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bild” qəzetinin baş redaktor müavini Pol Ronzheimer bildirib. Jurnalistin sözlərinə görə, Zelenskinin müşavirləri Vaşinqtondan gələn xəbərlərdən şoka düşüblər və lal olublar.
"Biz başa düşürdük ki, ara seçkilərdən əvvəlki seçki kampaniyası zamanı diqqət yenidən bizə yönələcək. Amma biz buna hazır deyildik", - deyə Zelenskinin yaxın müşaviri Ronzheimerlə söhbətində etiraf edib.
Jurnalistin sözlərinə görə, Kiyevdə əsas narahatlıq Vaşinqtonun kəşfiyyat orqanları ilə əməkdaşlığı tamamilə kəsməsi perspektividir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. O bildirib ki, Zelenski Rusiya ilə münaqişəyə dəfələrlə son qoya bilərdi, amma bunu etməməyi seçir.
O, həmçinin Ukraynanın prezidentini dəyişməsinin vaxtının çatdığı fikrini bildirib. ABŞ Prezidenti əlavə edib ki, Ukraynaya "razılaşma əldə edə bilən yeni bir lider" tapmağı məsləhət görəcək.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin