Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Dünən gecə Rusiya Kiyevə bütün müharibədə ən böyük ballistik raket hücumunu həyata keçirib.
“Cebheinfo.az” bu barədə UNIAN-a istinadən məlumat verir.
Bildirilib ki, 40 dəqiqə ərzində Rusiya paytaxta İskəndər-M və Tsirkon raketləri də daxil olmaqla 41 ballistik raket və 125 PUA atıb.
Hava hücumundan müdafiə qüvvələri 18 raket və 108 PUA-nı zərərsizləşdirməyə müvəffəq olub.
20 yerdə 23 raket və 10 hücum dronu ilə zərbələr qeydə alınıb. Vurulan PUA-ların qalıqları daha 18 yerə düşüb. Hakimiyyət orqanları bir nəfərin öldüyünü və 13 nəfərin yaralandığını bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin