Kiyevə çoxkombinasiyalı hava hücumu edilir

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 3 fevral, AZƏRTAC

Rusiya ordusu fevralın 3-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumuna başlayıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyət göstərir. Hücumlar zamanı dron və raketlərdən istifadə olunur.

Kiyev Şəhər Hərbi Administrasiyası hava zərbələrinin əsas hədəfinin enerji və digər kritik infrastrukturlar olduğunu açıqlayıb. Şəhərin bəzi ərazilərində enerji və su təchizatında fasilələr yaranıb.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib ki, paytaxtın Dneprovsk və Desnyansk rayonlarında mülki şəxslər arasında həkim çağırışları qeydə alınıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Kiyev şəhəri və vilayətinin enerji infrastrukturlarına endirilən silsilə hava zərbələri nəticəsində Ukrayna paytaxtının enerji təminatında fövqəladə vəziyyət yaranıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью