Kiyevə dron hücumu: Jurnalist həyat yoldaşı ilə birgə HƏLAK OLDU FOTO

27.02.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Kiyevə dron hücumları nəticəsində “Ukrinform” agentliyinin jurnalisti Tatyana Kulik həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, onun evinə düşən dron nəticəsində yanğın baş verib və cərrah həyat yoldaşı Pavel İvançev ilə birgə vəfat edib.
Qeyd edək ki, Tatyana Kulik “Yenilməz xalq” layihəsinin müəllifi və aparıcısı olub, Baş multimedia redaksiyasında baş redaktor vəzifəsini icra edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью