Kiyevə dron hücumu oldu: Ölən və xəsarət alan var Video

28.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, dron qalıqlarının düşməsi nəticəsində paytaxtın Solomenski rayonunda ikimərtəbəli inzibati binanın bir hissəsi dağılıb.
Xilasedicilər dağıntılar altından bir qadının meyitini çıxarıblar.
Şevçenko rayonunda isə pilotsuz uçuş aparatının qalıqları uşaq bağçasının ərazisinə düşüb. Partlayış dalğası bağçanın və yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrini sındırıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə yerlərində təcili xidmət əməkdaşlarının işi davam edir.

Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью