Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya ordusu oktyabrın 20-dən 21-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə dronlarla hücum edib.
XQ xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, dronlardan biri Svyatoşin rayonunda yerləşən 24 mərtəbəli binaya düşüb. Zərbə nəticəsində binanın 20-ci mərtəbəsindəki mənzillərdən birində yanğın baş verib. Mənzil yararsız vəziyyətə düşüb, hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan dronlardan birinin qalıqlarının düşməsi isə Desnyanski rayonunda yanğına səbəb olub. Nəticədə binanın qarşısında park edilmiş yeddi avtomobil yanıb.
Hücum paytaxtın enerji infrastrukturuna da ziyan vurub. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.