Kiyevə dron hücumu olub ölən və yaralananlar var

01.01.2025

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisinin məlumatına istinadən bildirib.

"Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib", - məlumatda qeyd ounub.

Bundan başqa, baş prokurorun ofisi xəsarət alanlar arasında iki hamilə qadının olduğunu deyib.

Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью