Kiyevə ərazilərdən imtina müqabilində 800 milyard dollar təklif olunacaq

23.01.2026

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyevə ərazilərdən imtina müqabilində 800 milyard dollar təklif olunacaq

Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçiriləcək üçtərəfli görüşdə Kiyevin ərazilərdən imtina etməsi müqabilində 800 milyard dollarlıq maliyyə dəstəyi proqramı müzakirə olunacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Corriere della Sera” mənbələrə istinadən xəbər verir.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç nəşrə bildirib: "Danışıqlar aparan tərəflər öz portfellərində, nəzəri olaraq, sülh müqaviləsini təşkil etməli olan ən azı dörd müxtəlif sənəd gətirirlər. Birincisi, bütün paketin "başlıq" mətni. Sonra üç əsas hissə gəlir. Bir sənəd Blackrock fondunun rəhbəri Larri Finkin başçılıq etdiyi Ukraynanın bərpası üçün 800 milyard dollarlıq dövlət və özəl maliyyələşdirmə planını ətraflı təsvir edir."

Digər bir sənəd, Vaşinqtonun Ukraynaya qoşun göndərmək niyyətində olan avropalılara dəstək üçün təhlükəsizlik zəmanətləri verməsini nəzərdə tutur. Materialın müəllifləri yekunlaşdırıblar ki, ölkə prezidenti Vladimir Zelenskiy "Qərb pulları və müdafiəsi müqabilində ərazi güzəştinə getməli olacaq."

Mənbələrin məlumatına görə, razılaşma hələ tam rəsmiləşdirilməyib, çünki 800 milyard dollarlıq bərpa planı "yalnız kağız üzərində mövcuddur və bu vəsaitlər hələ yoxdur."

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью