Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
16 avqust gecəsi Kiyevə ballistik raket hücumu olub.
“Cebheinfo.az” “RBC-Ukrayna”-ya istinadən xəbər verir ki, hücum nəticəsində iki nəfər yaralanıb, paytaxtın bir neçə rayonunda yanğınlar və binalara ziyan dəyib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, vurulan hədəflərdən dağıntılar Obolonski rayonundakı bazarda genişmiqyaslı yanğına səbəb olub. Xəsarət alanlar var.
Bundan əlavə, Obolonski rayonunda partlayış dalğası bir ünvanda binaya ziyan vurub, dağıntılar isə digər ünvanda qeyri-yaşayış binasına dəyib. Binalardan birinin yaxınlığında bir neçə avtomobil yanıb.
Qolosevski rayonunda qeyri-yaşayış ərazisində başqa bir yanğın baş verib. Xilasedicilər alovu söndürüblər.
Gecə hücumu Ukraynanın bir neçə bölgəsinə qarşı kütləvi hücumun bir hissəsi olub. Poltava və Dneprdə partlayışlar, Krivoy Roqda isə ballistik raketlər və dronlardan istifadə ilə birgə hücum baş verib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin