Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putinin bu həftənin əvvəlində Ukraynanın Krım körpüsünə hücumlarına “ağrılı” cavab verəcəyi barədə xəbərdarlıq etməsindən sonra Kiyevə gecə hücumlarında ən azı altı nəfər həlak olub.
Məlumatı “Euronews” yayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, paytaxta endirilən zərbələr nəticəsində daha 15 nəfər, o cümlədən yeddi tibb işçisi xəsarət alıb. Üç rayonda yanğınlar qeydə alınıb.
Kiyev meri Vitali Kliçko Dnepr çayı üzərindəki üç körpünün də zədələndiyini və şəhər daxilində nəqliyyatın hərəkətinin pozulduğunu bildirib.
Kliçko Telegram paylaşımında yazıb: “Paytaxta ballistik hücum nəticəsində Podil-Voskresenka körpüsü zədələnib. Sağ sahildən sola doğru nəqliyyatın hərəkəti hazırda bağlıdır. Darnitski körpüsü də zədələnib”.
O əlavə edib ki, Cənub körpüsünə də zərbə dəyib, lakin onun zədələnib-zədələnmədiyini dəqiqləşdirməyib.
P.ƏMİRCANOV
XQ