Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Aprelin 24-ü gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumları həyata keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
“Hava hücumları nəticəsində 9 nəfər həlak olub, 70 nəfərdən çox isə yaralanıb. Yaralılar arasında 3 azyaşlı, 1 hamilə qadın da var. 21 yaralı xəstəxanaya yerləşdirilib”, - Tkaçenko bildirib.
Onun sözlərinə görə, ən çox hücuma məruz qalan paytaxtın Svyatoşinski rayonu olub.