Kiyevə hücum başlayıb

29.04.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bir qədər əvvəl Ukrayna paytaxtı Kiyevdə partlayışlar baş verib. Bundan sonra Ukrayna paytaxtında, onun ətrafında və Kiyev vilayətində hava hücumu həyəcanı elan edilib.
Reyting.az
xəbər verir ki, bu barədə “Public.News” yerli nəşri məlumat yayıb.
“Insider Kyiv” Telegram kanalı isə bildirir ki, şəhərin üzərində PUA-lar peyda olub. Onlardan birinin qalıqları paytaxtın Desnyanski rayonuna düşüb. Nəticədə fərdi yaşayış evi və bir neçə avtomobil yanıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerindədirlər.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью