Kiyevə hücumlarda bu səfirliklərə də ziyan dəydi

20.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi dron zərbələri nəticəsində Avstriya və Niderland səfirliklərinin binalarına ziyan dəyib, dron qalıqları isə Ukrayna Xarici İşlər Nazirliyinin ərazisinə düşüb. Hadisə zamanı diplomatik heyət arasında xəsarət alan olmayıb.

“Qafqazinfo”nun xəbərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq ictimaiyyəti Moskvaya qarşı sərt reaksiya verməyə çağırıb.

Avstriya Baş naziri Kristian Ştoker və XİN rəhbəri Beate Maynl-Rayzinger diplomatik nümayəndəliklərin toxunulmazlığını vurğulayaraq hücumu qəbuledilməz adlandırıblar. Vyana hadisə ilə bağlı Rusiya səfirini XİN-ə çağırıb.

Niderlandın xarici işlər naziri Tom Berendsen də səfirlik binasına yüngül ziyan dəydiyini təsdiqləyib və Rusiya səfirinin Haaqada Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb. İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard isə Kiyevdəki səfirliklərinin yaxınlığında partlayış baş verdiyini bildirərək, Rusiyanın Stokholmdakı səfirini izahat üçün nazirliyə çağıracaqlarını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью