Kiyevə kütləvi hücum: 14 nəfər ölüb, 27 nəfər yaralanıb

05.08.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Loqistika, ticarət, istehsalat obyektləri, yaşayış binaları, mülki infrastruktur zərbələrin hədəfi olub

Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə kütləvi hücum həyata keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Obolon rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Svyatoşin rayonunda isə mağazalardan birinin anbarında yanğın qeydə alınıb.

Qolosiyev rayonunda iki qeyri-yaşayış binasında baş verən yanğın söndürülüb. Burada dörd nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Həmçinin sənaye müəssisələrindən birində kiçik həcmdə ammonyak sızması baş verib, xilasedicilər sızmanı aradan qaldırıblar və əhali üçün təhlükə olmadığı bildirilib.

Desnyan rayonunda isə iki qeyri-yaşayış binasında yanğın baş verib.

Zərbələr nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb. Hücumlar loqistika, ticarət, istehsalat və digər obyektlərə edilib. Bundan başqa, yaşayış binaları, mülki infrastruktur da zərbələrin hədəfi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью