Kiyevə kütləvi raket hücumu 9 ölü, 63 yaralı var + Fotolar

24.04.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi raket hücumu həyata keçirib.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər həlak olub.

Qeyd olunub ki, hava zərbələri nəticəsində 63 nəfərin xəsarət alıb, onlardan 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.

“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, - məlumatda bildirilir.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью