Kiyevə raket və dron hücumları: ölənlər var | Icma.az
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya tərəfindən həyata keçirilən gecə hücumları nəticəsində Ukraynanın müxtəlif şəhərlərində dağıntılar və insan tələfatı qeydə alınıb.
Sitat.info xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş vermiş raket və dron hücumları nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində sivil infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları ciddi zərər görüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) 05:00-a olan məlumatına əsasən, şəhərin 6 rayonunda dağıntılar qeydə alınıb.
Solomensk rayonunda 500 kv.m sahəni əhatə edən anbarda yanğın baş verib, 16 mərtəbəli binada baş verən yanğından 3 nəfər xilas edilib.
Darnitsk rayonunda isə düşən qalıqlar ən azı 3 yerdə avtomobillərə zərər verib.
Qolosievsk rayonunda sivil obyekt yanıb, məktəbə zərər dəyib, Aİ-yanacaqdoldurma məntəqəsi yaxınlığında avtomobilə qalıqlar düşüb.
Tam oxu
Xəbəri oxu