Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hücum nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb
Kiyevdə gecə ərzində hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Telegram” kanalında yazıb.
Hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub" körpüsündə dağıntı qeydə alınıb. Həmin körpüdə hərəkət dayandırılıb.
Merin sözlərinə görə, hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb.
Təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə ziyan dəyib.