Kiyevə Rusiya zərbələri nəticəsində 3 nəfər ölüb

20.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə kütləvi zərbələr endirib.

APA xəbər verir ki, Kiyevdə hücum nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ölənlər “Kiyevvodokanal”ın əməkdaşlarıdır. O, ümumilikdə, təxminən 15 nəfərin yaralandığını bildirib.

Paytaxtın müxtəlif rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib. Həmçinin infrastruktur obyektinə və körpülərdən birinin yaxınlığındakı açıq əraziyə zərbə qeydə alınıb.

Xarkovda isə Rusiya dronunun Şevçenko rayonundakı xəstəxanaya düşməsi nəticəsində 4 nəfər yaralanıb, 50-dən çox pəncərə sınıb. Daha sonra həmin rayonda yaşayış kompleksinə də zərbə endirildiyi və yanğın baş verdiyi bildirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью