Kiyevə xəbərdarlıq etdik! Medvedevdən hücum anonsu

08.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya ordusu Dnepropetrovsk vilayətində hücum əməliyyatları keçirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

“Danışıqlar zamanı hərbi əməliyyatların real şəraitini nəzərə almaqdan imtina edən hər kəs cəbhədə dəyişmiş vəziyyətlə üzləşəcək. Rusiya artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq edib”, – bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ordunun Dnepropetrovsk vilayəti ərazisində hücum əməliyyatlarına başladığı barədə məlumat vermişdi.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью