Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Almaniya, Fransa və İtaliyanın dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya kreditin təmin edilməsi yükünün böyük hissəsinin üzərinə götürəcəyi gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya ümumilikdə təqribən 210 milyard avro həcmində təcili kreditlər verməyə borcludurlar. Təminatların ölçüsü ölkənin ümumi milli gəlirinə əsasən hesablanır. Buna görə də Almaniya təxminən 51 milyard avro, Fransa 34 milyard avro, İtaliya isə 25 milyard avro ayırmalı olacaq”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az