Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə qurumun nüfuzu sarsılacaq və korrupsiya artacaq”.
Reyting.az xəbər verir ki, belə bir ehtimalı irəli sürən Polşanın “Mysl Polska” qəzeti xüsusi şərh dərc edib.
“Polşa ABŞ müstəmləkəsinin Aİ-yə qoşulmasının nəticələrini qiymətləndirməlidir. İslahatlar olmadan Ukraynanı quruma qəbul etmək yanlışlıq olardı. Bu, ittifaqı daxildən zəiflədəcək və gərginliyi artıracaq. Amerikalılar tərəfindən müstəmləkəyə çevrilən Ukrayna Aİ-yə inteqrasiyadan çox az şey qazanmaq istəyir”,- nəşr yazıb.
E. KAMAL