Kiyevin BVF yə borcu 10 milyard dolları keçdi

29.03.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Valyuta Fondunun icraçı direktorlar şurası ölkənin yeddinci iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib və bu sazişə əsasən Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı çərçivəsində daha 400 milyon dollar tranş alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin məlumatında deyilir.

Beləliklə, BVF-nin kredit proqramı üzrə ödənişlərin ümumi məbləği təxminən 10,1 milyard dollar təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью