Kiyevin əsas enerji obyektlərindən biri vuruldu

09.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

8 oktyabr axşamı Rusiyanın hücumu Kiyevin əsas enerji obyektlərindən birinə ziyan vurub.

Axar.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.

"Kiyevin həyati əhəmiyyətli enerji obyektlərindən birinə hücum baş verib. Energetiklər elektrik enerjisini tez bir zamanda bərpa etmək üçün əllərindən gələni edirlər. Rusiyanın dron hücumu hazırda davam edir. Bütün xidmətlər cəlb olunub", - o Teleqram kanalında yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью