Kiyevin hərbi obyektləri məhv edəcəyik

30.05.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiyev Moskvanı təxribata və mülki infrastruktura zərbələr endirməyə davam etdikcə, Rusiya xüsusi hərbi əməliyyatını davam etdirəcək.

Bunu Qərb ölkələrinin təşəbbüsü ilə çağırılan Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Nə qədər ki, Kiyev müharibəni uzatmağa və ərazimizdəki yaşayış və mülki infrastruktura zərbələr endirməklə Rusiyanı təxribata çəkməyə çalışacaq, biz xüsusi hərbi əməliyyatımızı davam etdirəcəyik və Kiyev rejiminin hərbi potensialı ilə bağlı obyektləri məhv edəcəyik", - diplomat vurğulayıb.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью