Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Donetsk vilayətində demilitarizasiya zonasının yaradılması məsələsini müzakirə etməyə hazırdır. Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko jurnalistlərə bildirib. Onun sözlərinə görə, Kiyev müharibənin tez başa çatdırılması üçün danışıqların aparılmasını təklif edir. Leşşenko qeyd edib ki, ərazi məsələləri texniki danışıqlar qrupları səviyyəsində deyil, dövlət başçıları arasında müzakirə olunmalıdır: “Ukrayna kompromisə getməyə hazırdır. Məsələn, Donetsk vilayətinin bütün ərazisində deyil, hər iki tərəfdən təmas xəttinin ətrafında yerləşən hissəsində demilitarizasiya zonasının yaradılması liderlərin danışıqlarında müzakirə oluna bilər”.
XQ