Kiyevin zərbələri: Rusiya növbəti dəfə ağır itkilərlə üzləşdi

24.07.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Sokolov deyib.

“Təəssüf ki, Kiyev rejiminin Kirovdakı zavoda hücumu nəticəsində 32 nəfər yaralanıb. Onlardan 6-sı yerindəcə ölüb”, - o söyləyib.

Qubernator əlavə edib ki, raket zərbəsi nəticəsində zavodda baş verən yanğın söndürülüb, su və elektrik təchizatı bərpa olunub:

“Mütəxəssislər yaxınlıqdakı yaşayış binalarını yoxlayırlar və bundan sonra yardım göstərilib-göstərilməməsi barədə qərar veriləcək”.

Qeyd edək ki, Kiyev Kirovdakı zavoda Ukrayna istehsalı olan “Flamingo” raketləri ilə zərbə endirdiyini açıqlayıb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью