Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Kiyevin Şevçenkivski rayonunda yerləşən dayanacaqda yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Mer yanğının səbəbinin dron qalıqlarının düşməsi ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl Kliçko Kiyevdə mühüm infrastruktur obyektinə zərbə endirildiyini açıqlamışdı. O, şəhərin bəzi ərazilərində elektrik enerjisi və su təchizatında fasilələrin yarana biləcəyini bildirmişdi.