Kiyevlilərlə oyunda tanış sima “Qarabağ”a “ayağı düşən” norveçli

02.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi ilk oyunu Morten Kroq idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, danimarkalı referi “atlılar” üçün tanış simadır. O, daha əvvəl də “Qarabağ”ın oyunlarına təyinat alıb.

Referi 2021-ci ildə Bakıda “Omoniya”ya (Kipr) qarşı keçirilən matçda söz sahibi olub. Həmin görüş qollu bərabərliklə başa çatıb – 2:2.

Kroq daha sonra 2024-cü ildə Azərbaycan təmsilçisinin matçını idarə edib. O, Portuqaliyada Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə səfər görüşündə baş hakim olub. Kroqun ədaləti qoruduğu matç “Qarabağ”ın 4:2 hesablı qələbəsiylə başa çatıb.

“Dinamo” – “Qarabağ” oyunu avqustun 6-da Polşada baş tutacaq. Cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью