Icma.az bildirir, Axsham.az portalına istinadən.
Son zamanların ən çox danışılan layihələrdən olan "Kızıl Goncalar" serialı final edir.
Axşam.az xəbər verir ki, ekran işinin 50-ci bölümdə tamaşaçılarla vidalaşacağı bildirilib.
Həm iddialı ssenarisi, həm də aktyor heyəti ilə adından söz etdirməyi bacaran “Kızıl Qoncalar” serialı iyunda son bölümünü yayımlayacaq. Baş rollarda Özcan Deniz və Özgü Namalın oynadığı serialın indiyənə kimi 41 bölümü yayımlanıb.
Ekran işinin prodüseri Faruk Turqut bundan əvvəl açıqlamasında serialın üçüncü mövsümü olmayacağını demişdi.