Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kızıl goncalar" serialında dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, ekran işinin yeni yayımlanan bölümündən 25 dəqiqə kəsilərək çıxarılıb. Buna səbəb Bolu vilayətindəki “Grand Kartal” hotelində baş verən yanğın olub. Çəkiliş heyəti insanların yanğına qarşı həssaslığını nəzərə alaraq belə bir addım atıblar.
Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz paylaşır.