Kızılcık Şerbeti ndə şok ayrılıq: Daha bir məşhur serialı tərk edir

02.08.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında növbəti ayrılıq baş tutacaq.

BAKU.WS xəbər verir ki, ekran işində "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek layihədən ayrılır.

Xəbərin gündəmə gəlməsindən qısa müddət sonra aktrisanın İnstaqram hesabını deaktiv etməsi isə izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.

Xatırladaq ki, yeni – beşinci mövsümü ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan serialın əsas rollarını Seray Kaya və Emre Dinler canlandırır. Feyza Civelek isə layihədə uzun müddətdir "Nilay" obrazına həyat verirdi.

Aktrisa daha əvvəl də serialın ssenaristinin anası olması və aktyorluq performansı ilə bağlı sosial şəbəkələrdə tez-tez tənqidlərin hədəfinə çevrilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью