Kızılcık şerbeti ndən çıxarıldı

24.01.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli aktyor Doğukan Güngör "Kızılcık şerbeti" serialından çıxarılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə aktyorun narkotiklə bağlı test nəticələrinin müsbət çıxmasıdır. 

Aktyor bu barədə sosial şəbəkədə paylaşıb edib:

"4 mövsümdür böyük bir həvəslə çalışdığım “Kızılcık Şerbeti” adlı serialdan son zamanlar baş verən hadisələr səbəbilə "Show TV" rəhbərliyinin verdiyi qərarla çıxarıldığımı az öncə öyrənmiş oldum.

Bu həyatda hər kəs səhv edə bilər. Mən də bir səhv etdiyimi, amma artıq bu səhvimdən döndüyümü və çox peşman olduğumu həm prokurorluq orqanına, həm də ictimaiyyətə səmimi və dürüst şəkildə açıqlamış, təmiz bir həyata ilk addımlarımı atmışdım. Hər şərdə bir xeyir var inancı ilə bu son yaşadığım hadisədən sonra özümü tamamilə işimə həsr etmiş və təmiz bir həyat sürmək üçün özümə söz vermişdim.

Amma bu axşam qəfil aldığım bu pis xəbər ilə bəzi insanların və qurumların qərar verərkən nə qədər amansız ola bildiklərinə, hər kəs kimi mən də şahid oldum. Halbuki bu həyatda səhv edən nə ilk, nə də son insan mənəm.

Hər kəsin ikinci bir şansı haqq etdiyinə inanmayan bu amansız insanları və qurumları vicdanları ilə baş-başa buraxır və onları Allaha həvalə edirəm.

Ancaq ictimaiyyətə də açıq şəkildə bildirmək istəyirəm ki, mən dimdik ayaqdayam və özümə verdiyim təmiz həyat sözünü tutaraq, daha gözəl işlərlə çox yaxında yenidən sizi sevənlərimlə birlikdə olacağam.

Bu çətin günlərdə yanımda olan, sevgisini məndən əsirgəməyən bütün dostlarıma, əziz pərəstişkarlarıma və canım ailəmə çox təşəkkür edirəm. Yaxşı ki, varsınız".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью