“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq

01.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında "Sönmez" obrazını canlandıran aktrisa Aliye Uzunatağan layihədən ayrılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Məlumata görə, mövsüm finalından əvvəl prodüser şirkətinə yeni şərtlərini çatdıran Uzunatağan maaliyyə məsələlərində razılığa gələ bilməyib. Uğursuz nəticələnən danışıqlardan sonra yolların ayrılması barədə qərar qəbul edilib.

Aliye Uzunatağan ilə prodüser şirkəti arasında daha əvvəl də oxşar böhran yaşandığı, lakin tərəflərin razılığa gələrək birlikdə işləməyə davam etdiyi də öyrənilib. Bu dəfə isə danışıqlar müsbət nəticə verməyib.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью