“Kızılcık şerbeti”ndən çıxarıldı: Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm

20.10.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli fenomen Cansu Taşkın "Kızılcık Şerbeti" serialının aktyor heyətindən çıxarıldığını açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Taşkın serialda rol almaq üçün başqa bir layihədən imtina etdiyini, lakin sonradan bu seçimindən peşman olduğunu bildirib.

Fenomen başına gələnləri haqsızlıq kimi qiymətləndirərək narazılığını bu sözlərlə ifadə edib:

"Tizerdə göründüyüm gün serialdan çıxarıldım. Birdən-birə mən də bu vəziyyətlə üzləşdim. Qısası, çörəyimlə oynanıldı. Allahın öhdəsinə buraxıram, O hər şeyi bilir və görür".

Qeyd edək ki, Cansu Taşkının serialdan uzaqlaşdırılmasının səbəbi hələlik açıqlanmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью