“Kızılcık şerbeti”nin aktyoru onunla sevgilidir?

04.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Kızılcık şerbeti” serialının aktyoru Fırat Çelikin aktrisa Nilperi Şahinkaya ilə sevgili olduğu iddia olunur.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikilinin “Gelin takımı”nın çəkiliş meydançasında yaxınlaşdığı məlum olub.

Fırat Çelikin son günlər Nilperi Şahinkayanın evinin yaxınlığında tez-tez görünməsi də diqqət çəkib.

Qeyd edək ki, N. Şahinkaya 3 həftə öncə illərdir birlikdə yaşadığı heykəltəraş sevgilisi Emre Yusufdan ayrılıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью