Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçları keçirilir.
Futbolpress.az bildirir ki, baş tutan görüşlər sürpriz nəticələrlə yadda qalıb.
Gecənin ilk matçında Kiprin “Apollon” komandası səfərdə Norveçin “Brann” klubunun qonağı olub. Gərgin keçən görüşdə Limassol təmsilçisi minimal hesablı qələbə qazanıb (1:0).
Günün digər qarşılaşmasında isə Yunanıstanın “Panatinaikos” klubu öz meydanında “ÇSKA 1948” (Bolqarıstan) komandasını qəbul edib. Tərəflər əsas vaxtın yekununda 1:1 hesablı heç-heçə ilə razılaşıblar.
Qeydə alınan nəticələri təqdim edirik:
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
“Brann” – “Apollon” 0:1
“Panatinaikos” – “ÇSKA 1948” 1:1