KL: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

14.08.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" səfərdə "Omoniya" ilə qarşılaşacaq.

Kipr təmsilçisinə evdə böyük hesabla uduzan "qırmızı-ağlar"ın şansı möcüzəyə bağlıdır. Bununla belə, tarixində ilk dəfə avrokuboklara qatılan və 2-ci mərhələni uğurla adlayan Elmar Baxşıyev "qapını bərk çırpmağ"a çalışacaq.  

Saat 21:00-da start götürəcək qarşılaşmanın start fitini danimarkalı FIFA referisi Yakob Kehlet səsləndirəcək.

Qeyd edək ki, cütün qalibi UEFA Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq. 

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
14 avqust

21:00 “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakim: Yakob Kehlet (Danimarka).
İlk oyun - 4:0.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью