KL: “Çelsi” və “Betis” finalın bir addımlığında YENİLƏNİB

02.05.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Betis” öz meydanında “Fiorentina”nı qəbul edib. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə “Çelsi”ni sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.

Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
1 may

23:00. “Betis” – “Fiorentina” 2:1
23:00. “Yurqorden” – “Çelsi” 1:4

Günün oyunları bu kanallarda Dumfris hamını qabaqladı Yığmamız Millətlər Liqasında yarımfinala yüksəlib “Barsa” - “İnter” matçında 6 qol - YENİLƏNİB Millimiz Ukrayna ilə bacarmadı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью