Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyun günündə 3 matç baş tutub.
Estoniya təmsilçisi "Levadiya" İsveçdə "Göteborq"u məğlub etməyi bacarıb. “Floriana” – “Drita” matçında qalib müəyyənləşməyib. Macarıstan təmsilçisi “Dyor” isə “Atert Bissen” ilə Lüksemburqdakı oyunda özünü qonaq kimi aparmayıb. Məhsuldar keçən qarşılaşmada qapılara 8 qol vurulub.
Qeyd edək ki, mərhələnin qalan ilk oyunları iyulun 22-də və 23-də keçiriləcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunları
21 iyul
Göteborq (İsveç) – Levadiya (Estoniya) 1:2
Floriana (Malta) – Drita (Kosovo) 1:1
Atert Bissen (Lüksemburq) – Dyor (Macarıstan) 2:6