KL: Kiprdə darmadağın, Sofiyada penalti gərginliyi

29.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, mərhələnin növbəti matçlarında qaliblər müəyyənləşib. Gecənin diqqətçəkən nəticələrindən birini Kiprin “Apollon” klubu imzalayıb. Komanda öz meydançasında Gürcüstan təmsilçisi “Dila Qori”ni qəbul edib. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan Limasol təmsilçisi cavab görüşündə rəqibini 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Gecənin ən uzun davam edən mübarizəsi Sofiyada baş tutub. Bolqarıstanın “ÇSKA 1948 Sofiya” komandası Slovakiya təmsilçisi “Spartak Trnava” ilə qarşılaşıb. Matçın həm əsas, həm də əlavə vaxtında qol vurulmayıb – 0:0. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan bolqarlar sevinən tərəf olub (5:3).

Qeydə alınan nəticələri təqdim edirik:

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

“Apollon Limasol” – “Dila Qori” 3:0

“Riqa” – “Vardar” 5:2

“ÇSKA 1948 Sofiya” – “Spartak Trnava” 0:0 (penaltilərlə 5:3)

“Drita” – “Floriana” 2:1

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью