futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi” Konfrans Liqasında I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, aktivində 6.500 xal olan “ağ-qaralar” “səpələnmişlər” səbətində yer alacaq.
“Neftçi”nin potensial rəqiblərindən artıq bəziləri məlumdur:
1. İlves (Finlandiya)
2. Santa Koloma (Andorra)
3. Konnah (Uels)
4. Bohemians (İrlandiya)
5. Europa (Cəbəllütariq)
6. Styarnan (İslandiya)
7. İnter Turku (Finlandiya)
8. Yelimat (Qazaxıstan)
9. Malişeva (Kosovo)
10. Hegelman (Litva)
11. Penibont (Uels)
12. Runavik (Farer adaları)
13. Qlentoran (Şimali İrlandiya)
14. Marsakslokk (Malta)
15. Nimme Kalyu (Estoniya)
16. Kaernarfon (Uels).
Konfrans Liqasının I raundunun püşkü iyunun 16-da atılacaq. Matçlar isə 9-16 iyul tarixlərində keçiriləcək.