KL: “Neftçi”nin rəqibi məlum oldu

17.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.

Futbolpress.az xəbər verir ki, birinci turda Şimali Makedoniyanın “Sileks” komandasını iki oyunun nəticəsinə görə üstələyən “Dinamo” (Belarus) “ağ-qaralar”ın növbəti rəqibi olub.

Minsk təmsilçisi ilk oyunda 0:1 hesabıyla uduzub. Cavab matçının əsas və əlavə vaxtı isə belarusluların eynihesablı qələbəsiylə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Dinamo” adını II təsnifata yazdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью