KL: Pley offa adlayan daha 3 komanda bilindi

13.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, raundun daha 3 cavab oyunu keçirilib.

“Rapid” Avstriyada “Payde”ni, “Kopenhagen” isə “Debretsen”i məğlub edərək növbəti mərhələyə adlayıb.

“Hapoel Tel-Əviv” səfərdə Polşa "GKS Katovitse"sinə 1:2 hesabı ilə uduzub. Bununla belə, İsrail təmsilçisi məhz ilk oyundakı inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, KL-də mübarizə aparan "Qarabağ" bu gün meydana çıxacaq. Ağdam təmsilçisi ötən həftə 0:1 hesabı ilə məğlub olduğu "Dinamo Kiyev"lə Bakıda münasibətlərinə aydınlıq gətirəcək. Oyun saat 20:00-da başlayacaq.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust

Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan) 5:1 (İlk oyun 3:0)

GKS Katovitse (Polşa) – Hapoel Tel-Əviv (İsrail) 2:1 (İlk oyun 0:2)

Rapid (Avstriya) – Payde (Estoniya) 2:0 (İlk oyun 4:1)

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью